📣 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi üzvlük Proqramı çərçivəsində İnşaat mühəndisliyi üzrə “Layihə Mühəndisliyinin əsasları” adlı təlim uğurla başa çatdı!
Təlim Nərmin İsmayılova tərəfindən təqdim olundu və iştirakçılara layihə mühəndisliyinin əsas anlayışları, layihənin başlanması və planlaşdırılması, resurs və vaxtın idarə olunması, xərclərin və risklərin qiymətləndirilməsi, eləcə də layihənin icrası və nəzarət mexanizmləri haqqında geniş biliklər qazandırıldı.
📍 Təlimin əsas mövzuları:
🔹 Layihə anlayışı və əsas prinsiplər
🔹 Layihənin planlaşdırılması
🔹 Layihə sənədləşməsi
🔹 Tikinti sahəsində layihə idarəetməsi
🔹 Risklərin idarə olunması
🔹 Vaxt və xərc idarəetməsi
Təlim zamanı iştirakçılarla interaktiv müzakirələr aparıldı və nəzəri biliklər praktiki tapşırıqlarla möhkəmləndirildi.
Bu dəyərli və peşəkar təqdimat üçün Nərmin İsmayılovaya təşəkkür edirik! 💙
Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 🚀


March 05, 2026 - Paylaşdı: Admin