[email protected] +994 99 303 07 01
November 25, 2025 - Paylaşdı: Admin

“Müasir yarımstansiyalarda real iş mühiti” seminarı uğurla başa çatdı!

📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Üzvlük Proqramı çərçivəsində “Müasir yarımstansiyalarda real iş mühiti” seminarı uğurla başa çatdı! ⚡️


Seminar təlimçi Mehman Məmmədzadənin təqdimatında baş tutdu və iştirakçılara müasir yarımstansiyalarda iş prosesləri, avadanlıqların fəaliyyəti, idarəetmə sistemləri və təhlükəsizlik qaydaları barədə geniş məlumat verildi.


📍 Seminarın əsas mövzuları:


🔹 Elektrik enerjisinin istehsalı və ötürülməsi

🔹 Müasir yarımstansiyalarda yerləşən qurğuların işi

🔹 Rele mühafizə və idarəetmə sistemləri

🔹 Elektrik şəbəkələrinin idarə olunması

🔹 Növbətçi heyətin rolu və iş prinsipləri

🔹 Təhlükəsizlik texnikası və real iş mühiti üzrə praktiki yanaşmalar


Seminar zamanı iştirakçılar yarımstansiyaların texniki infrastrukturu, idarəetmə prosesləri və təhlükəsizlik mexanizmləri haqqında biliklər əldə etdilər.


Bu dəyərli və faydalı seminar üçün təlimçi Mehman Məmmədzadəyə təşəkkür edirik!


📍 Məkan: @fikir.coworking 

Yeni elanlardan xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙⚡️