📢 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində Qida üzrə 25 Oktyabr tarixində “Qida məhsullarının saxlanması prinsipləri və daşınma qaydaları” adlı seminar uğurla başa çatdı.
Seminar Elşad Həsənlinin təqdimatında keçirildi və iştirakçılara həm nəzəri, həm də praktiki biliklər qazandırıldı.
📍 Seminarın əsas mövzuları:
🔹 Qida məhsullarının düzgün saxlanma prinsipləri
🔹 Temperatur rejimləri və nəmlik səviyyəsinin idarə edilməsi
🔹 Daşınma zamanı gigiyenik və sanitariya tələbləri
🔹 Qablaşdırmanın məhsul keyfiyyətinə təsiri
🔹 “Soyuq zəncir” sisteminin rolu
🔹 Saxlanma və daşınmada risklərin idarə edilməsi
Seminar zamanı iştirakçılarla mövzular müzakirə olundu və praktiki nümunələr üzərində biliklər möhkəmləndirildi.
Bu faydalı və dəyərli seminar üçün Elşad Həsənliyə təşəkkür edirik! 💙
Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!



November 06, 2025 - Paylaşdı: Admin