📢 “Gələcəyin Mühəndisləri” təqaüd proqramı çərçivəsində keçirilən Ekologiya mühəndisliyi üzrə “Ekoloji menecment və Tullantıların idarə edilməsi” sessiyası baş tutdu.
🌱 Sessiya zamanı iştirakçılara ekoloji menecmentin əsas prinsipləri və tullantıların düzgün idarə olunmasının əhəmiyyəti haqqında məlumat verildi.
📌 Ekoloji menecment anlayışı və əsas prinsipləri
📌 Tullantıların növləri və onların idarə olunması
📌 Tullantıların azaldılması və təkrar emal üsulları
📌 Ətraf mühitin qorunması və davamlı inkişaf prinsipləri
📌 Müasir ekoloji idarəetmə yanaşmaları
💡 Sessiya zamanı mövzular praktik nümunələr üzərindən izah edildi və iştirakçıların sualları cavablandırıldı.
🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə Əfqan Bəylərliyə təşəkkür edirik.
📲 Siz də belə seminar və təlimlərə qoşulmaq, yeni layihələrdən xəbərdar olmaq istəyirsinizsə səhifəmizi izləməyi və WhatsApp və Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀


March 12, 2026 - Paylaşdı: Admin