📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən yeni Field Trip!
Bu dəfə səfər edəcəyimiz müəssisə ADSEA – Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi olacaq!
Bu ziyarət zamanı iştirakçılar müəssisədə çirkab sularının təmizlənməsi prosesi, mexaniki və bioloji təmizləmə mərhələləri, istifadə olunan aerasiya sistemləri və ekoloji təhlükəsizlik standartları ilə tanış olacaqlar. Eyni zamanda su ehtiyatlarının idarə olunması, ətraf mühitə təsirlərin azaldılması və stansiyada tətbiq olunan innovativ ekoloji yanaşmalar barədə məlumat əldə ediləcək.
📅 Tarix və saat: 19 dekabr, 09:00
📍 Məkan: ADSEA – Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi
🚨 Qeydiyyat üçün son tarix: 14 dekabr, 20:00
Qeydiyyat linki: https://docs.google.com/forms/d/1NhCAx887yKGzs_9IBi62t0dgxfuZVOMF48P7ARqLqrE/viewform
❗️Texniki gəzinti Azərbaycan Mühəndislər Birliyinin Ekologiya Mühəndisliyi departamentinin üzvləri üçün nəzərdə tutulub. Seçim motivasiya məktubu əsasında aparılacaq.
Elanlardan daha aktiv şəkildə xəbardar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙
January 03, 2026 - Paylaşdı: Admin