🔹 Azərbaycan Mühəndislər Birliyi yeni əməkdaşlıq müqaviləsi imzaladı! 🔹
Azərbaycan Mühəndislər Birliyi olaraq ICE Academia və BIM4Azerbaijan ilə əməkdaşlıq müqaviləsi bağladıq.
Bu əməkdaşlıq çərçivəsində:
✅ Təlim və peşəkar sertifikasiya proqramları təşkil olunacaq;
✅ Konfranslar, seminarlar, vorkşoplar və forumlar birgə keçiriləcək;
✅ Layihələrin idarəedilməsi, konsaltinq və professional mentorluq sahəsində dəstək və xidmətlər göstəriləcək;
✅ İnnovasiya və Elmi tədqiqat təşəbbüsləri, mühəndislik və texnologiya layihələri birgə inkişaf etdiriləcək;
✅ Akademik tərəfdaşlıqlar qurularaq təqaüd və təcrübə proqramları həyata keçiriləcək;
✅ Building Information Modeling (BIM) sahəsində maarifləndirici vebinarlar, təlimlər həmçinin müvafiq tədbirlərin təşkili həyata keçiriləcək.
🤝 Bu əməkdaşlıq sayəsində ölkəmizdə mühəndislik və tikinti sahəsinin inkişafına yeni töhfələr veriləcək və gənc mütəxəssislərə daha geniş imkanlar yaradılacaq.
#AZMİİB #ICEAcademia #BIM4Azerbaijan #Mühəndislik #Əməkdaşlıq #BIM


November 02, 2025 - Paylaşdı: Admin