[email protected] +994 99 303 07 01
January 03, 2026 - Paylaşdı: Admin

Kimya Departamenti üzrə yeni Field Trip!

📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Kimya Departamenti üzrə yeni Field Trip!

Bu dəfə səyahət edəcəyimiz müəssisə FAB MMC olacaq.

Bu ziyarət zamanı iştirakçılar əvvəlcə laboratoriyada analiz və keyfiyyətə nəzarət prosesləri ilə tanış olacaq, istifadə olunan cihazlar və metodlar haqqında məlumat əldə edəcəklər. Daha sonra boya istehsal prosesi, xammalın emalı və laboratoriya ləvazimatları izah ediləcək. Zavodda tətbiq olunan texnoloji qurğular və təhlükəsizlik sistemləri barədə ətraflı məlumat veriləcək.

📆 Tarix və saat: 25 dekabr, 09:30
🚨 Qeydiyyat üçün son tarix: 22 dekabr, 18:00
🔗 Qeydiyyat linki:https://docs.google.com/forms/d/e/1FAIpQLScWadJNmHjdfXk8objrE8aDC7rk9-e3HO_Utdx32tlG9R3abQ/viewform?usp=publish-editor

📌Qeyd: Gəzinti yalnız Azərbaycan Mühəndislər Birliyinin üzvləri üçün nəzərdə tutulmuşdur. Seçim motivasiya məktubu və aktivlik balı əsasında aparılacaqdır.

Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!💙