[email protected] +994 99 303 07 01
November 06, 2025 - Paylaşdı: Admin

Neft-qaz mühəndisliyi üzrə 18 oktyabr tarixində “Concepts in Well Performance Engineering” adlı seminar uğurla başa çatdı!

📢 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində Neft-qaz mühəndisliyi üzrə 18 oktyabr tarixində “Concepts in Well Performance Engineering” adlı seminar uğurla başa çatdı!

Seminar Zərifə Cəbrayılovanın təqdimatında keçirildi və iştirakçılara quyuların məhsuldarlığının artırılması, sənayedə tətbiq olunan müasir texnologiyalar və konseptual mühəndislik yanaşmaları üzrə həm nəzəri, həm də praktiki biliklər qazandırıldı.

📍 Seminarın əsas mövzuları:
🔹 Well Performance Engineering üzrə əsas anlayışlar
🔹 Quyuların məhsuldarlığının qiymətləndirilməsi metodları
🔹 Müasir texnologiyaların sənayedə tətbiqi
🔹 Lay mühəndisliyi və hasilatın optimallaşdırılması
🔹 Neft-qaz sistemlərində effektivlik və risklərin idarə edilməsi

Seminar zamanı iştirakçılarla real sənaye nümunələri üzərində müzakirələr aparıldı və praktik yanaşmalar təhlil olundu.

Bu dəyərli və peşəkar biliklərini paylaşdığı üçün Zərifə Cəbrayılovaya təşəkkür edirik! 💙

Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!