Azərbaycan Mühəndislər Birliyi tərəfindən Neft-Qaz mühəndisliyi üzvləri üçün 31 Oktyabr tarixində SLB şirkətinə texniki gəzinti təşkil olunub.
Gəzinti zamanı iştirakçılara SLB mühəndisləri tərəfindən şirkətin fəaliyyəti haqqında ətraflı məlumat verildi. Daha sonra tələbələr zavod daxilində müxtəlif prosesləri izləyərək şirkətin iş prosesi ilə yaxından tanış oldular. Gəzinti naharla davam etdi və iştirakçılar üçün mühəndislik mövzularında dəyərli müzakirələr təşkil olundu.
Tələbələrin praktiki biliklər əldə etməsini təmin etdiyi üçün SLB şirkətinin rəhbərliyinə, həmçinin bu gəzinti zamanı göstərdiyi dəstəyə görə zavodun əməkdaşlarına Azərbaycan Mühəndislər Birliyi adından təşəkkürümüzü bildiririk. Bizimlə öyrənmək və inkişaf etmək üçün daha çox imkanlar üçün bizi izləyin! 💙


July 13, 2025 - Paylaşdı: Admin