[email protected] +994 99 303 07 01
November 03, 2025 - Paylaşdı: Admin

Yeni üzvlərlə tanışlıq görüşü

🤝 Azərbaycan Mühəndislər Birliyindən yeni üzvlərlə tanışlıq görüşü

📅 2025–2026-cı tədris ili çərçivəsində Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları üzrə Azərbaycan Mühəndislər Birliyinə üzv olan tələbələrlə tanışlıq görüşü keçirilib.

👨‍🏫 Görüşdə birliyin sədr müavini Əli Babazadə təşkilatın fəaliyyəti və əsas məqsədləri haqqında geniş məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

📚 Daha sonra tələbələrə üzvlük proqramı, proqram çərçivəsində həyata keçiriləcək fəaliyyətlər və üzvlərin əldə edəcəkləri imkanlar barədə təqdimat keçirilib.

✨ Proqram çərçivəsində üzvləri gözləyən əsas imkanlar:

✅ 6 ixtisas yönümlü sertifikatlı seminar
✅ 2 ixtisas yönümlü sertifikatlı təlim
✅ 2 yumşaq bacarıq təlimi (sertifikatlı)
✅ Texniki gəzintilər, workshoplar və yarışmalar
✅ Mühəndislərlə TeaTalk, piknik və rayon turları

✅ Digər ixtisas təlimlərinə qatılmaq imkanı

✅ Layihələrdə iştirak şansı
✅ Müxtəlif şirkət və platformalardan xüsusi endirimlər (Freres, Engift Store, Presentation Products, Tələbə360 və s.)

📇 Görüş çərçivəsində həmçinin yeni üzvlərə üzvlük kartları təqdim olunub. Bu kartlar üzvlərə proqram çərçivəsində nəzərdə tutulan bütün tədbir və imkanlardan faydalanmaq imkanı verəcək.

🏆 Bundan əlavə, üzvlər üçün aktivlik sistemi tətbiq olunacaq. Təlim və seminarlarda iştirak, imtahan nəticələri və digər fəaliyyətlərə əsasən toplanan xallar nəticəsində, tədris ilinin sonunda ən yüksək nəticə göstərən üzvlər “İlin aktiv üzvü” mükafatı ilə təltif olunacaq və AZMİİB tərəfindən təcrübə proqramlarına qoşulmaq imkanı əldə edəcəklər.

#AzərbaycanMühəndislərBirliyi #AZMİİB #Mühəndislik #NeftQaz #KimyaMühəndisliyi #ÜzvlükProqramı #GələcəyinMühəndisləri #MühəndislərləTeaTalk #TexnikiGəzinti #Təlim #Seminar #Workshop #TəcrübəProqramı #GəncMühəndislər #EngineeringAzerbaijan